Modern.az

Siyavuş Novruzov Nəcməddin Sadıkovdan DANIŞDI: “...necə deyim rüşvətxordur, agentdir, xaindir”  

Siyavuş Novruzov Nəcməddin Sadıkovdan DANIŞDI: “...necə deyim rüşvətxordur, agentdir, xaindir”  

Parlament

7 Aprel 2021, 12:38

"Nəcməddin Sadıkov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib".

 

Modern.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Musavat TV-nin canlı yayımında deyib.

 

S.Novruzov məhkəmə qərarı olmadan Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovla bağlı ittihamlar barədə heç bir söz deyə bilməyəcəyini qeyd edib:

 

"Onun haqqında məhkəmə hökmü olmasa, heç birimiz deyə bilmərik ki, rüşvətxordur, korrupsionerdir, agentdir, xaindir və s. Axı mən hardan bilim? Mən deyə bilmərəm. 3 adam çağırın, gəlsinlər cavab versinlər ki, harada görmüsən onun xainliyini? Cavab verə bilməyəcək".

 
Deputat bildirib ki, Ordu haqqında hər şeyi danışmaq olmaz.

"Orada müəyyən çatışmazlıqlar ola bilər. Mən özüm də Qarabağ müharibəsi veteranıyam. Olub ki, 3 gün helikopter gözləmişik ki, qara çörək gətirsinlər. İndi bir az yağ az olan kimi əsgər anasına zəng edir. Həbs olunanlara gəlincə isə, kimisə həbs edirlərsə, həbs olunmalıdır. Xalqa əziyyət verirsə, xalqı dövlətdən narazı salırsa, bunun başqa yolu yoxdur".
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar