Arxiv
7 Aprel 2021, 14:41 | HADİSƏ
Yoluxma artdı, aktiv xəstə sayı 30 minə çatır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2595  yeni yoluxma faktı qeydə alınıb, 1073 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 276464 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 244540 nəfər müalicə olunaraq sağalıb, 3780 nəfər vəfat edib, aktiv xəstə sayı 28144 nəfərdir.

 

Ölkədə son sutka ərzində 14595, hazırkı dövrədək isə 2963012 test aparılıb. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv