Modern.az

Çavuşoğlu: “Ermənistan belə, məni təbrik etdi, müxalifətdən isə təbrik almadım”

Çavuşoğlu: “Ermənistan belə, məni təbrik etdi, müxalifətdən isə təbrik almadım”

3 Fevral 2010, 19:12

Avropa Şurası Parlament Assambleyasının sədri seçilən türkiyəli millət vəkili Mövlut Çavuşoğlu türk müxalifətindən narazıdır. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu millət vəkili seçildiyi Antalyaya səfəri gedişində müxalifətə ünvanladığı iradları səsləndirib. O, AŞPA sədri seçilməsi münasibətilə Ermənistandan belə, təbrik mesajı aldığını, ancaq müxalifətin onu təbrik etmədiyini deyib. Çavuşoğlu yalnız Sosial Demokrat Xalq Partyasının (SXP) lideri Hüseyn Ergün və Türkiyə Dəyişim Hərəkat başqanı Mustafa Sarıgül tərəfindən təbrik olunduğunu bildirib. Buna rəğmən Çavuşoğlu xarici ölkələrdən çoxsaylı təbrik mesajları aldığını deyib.

“Sayın Sarıgül telefon açaraq təbrik etdi. Hüseyn Ergündən ofisimə təbrik mesajı gəldi. Daha kimsədən təbrik almadım. Ancaq bunun əvəzinə Azərbaycan, Fransa və Ermənistandan təbrik mesajları gəldi. Duyduqları mənnuniyyəti dilə gətirdilər. Bir çox ölkələr səfərə dəvət  etdilər. İki liderdən savayı müxalifətimizdən bir təbrik gəlmədi”,-deyə Çavuşoğlu bildirib.   

O, müxalifət liderlərindən təbrik almadığına görə qırılmadığını deyib.

M.Çavuşoğlu AŞPA sədri seçkilərində Cümhuriyyət Xalq Partiyası (CXP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) ona səs verib-verməməsi məsələsinə aydınlıq gətirib. “Bu cür  mübahisələrin içində yer almaq istəmirəm. AŞPA-da sədr seçkisi məsələsində önümüzü kəsmək istədilər. İndiki sədrin vəzifə səlahiyyətlərini daha 3 il uzatmaq istədilər. Bu sahədə xeyli iş görüldü. Bu işlərə baxın. Kimin nə etdiyini görəcəksiniz”.

M.Çavuşoğlu AŞPA-da sədr seçilməsini Türkiyənin sağlam iqtsadi əsaslarına bağlayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər