Azərbaycanda son sutkada 43499 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 27992 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 15507 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1025790 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 639463 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386327 nəfərdir.