Modern.az

Çingiz Abdullayev Vətən Müharibəsindən əsər yazır - Bu dəfə detektiv olmayacaq

Çingiz Abdullayev Vətən Müharibəsindən əsər yazır - Bu dəfə detektiv olmayacaq

Mədəni̇yyət

7 Aprel 2021, 15:15

Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür. Dünya şöhrətli yazıçının 61 yaşı tamam olur.

Çingiz Abdullayev doğum günü haqqında duyğularını Modern.az-la bölüşüb. Xalq yazıçısı, yaxınları, nəvələri ilə birlikdə doğum gününü qeyd etdiyini söyləyib:

“Doğum günümü nəvələrimin ətrafında, yaxşı keçirirəm”.

Ç. Abdullayev oxucularına yeni əsərlərin müjdəsini də saytımız vasitəsilə çatdırıb:


“Yaradıcılığımla bağlı onu deyə bilərəm ki, işləyirəm, yeni əsərlər olacaq. Xüsusilə, müharibə haqqında yeniliklər ərsəyə gətirməyi düşünürük. Bu dəfə detektiv əsər olmayacaq”.

Azərbaycan ədəbiyyatının müharibədən sonrakı durumuna da toxunan xalq yazıçısı birbaşa dəyişiklik olmasa da, yazıçıların Vətən Müharibəsindən təsirləndiyini söyləyib:

“Müharibənin Azərbaycan ədəbiyyatına təsiri çox oldu. Bunu hiss edəcəyik. Amma mən deyərdim ki, Vətən Müharibəsi, bu ərəfədə baş verən hadisələr təkcə ədəbiyyata deyil, mədəniyyətə və digər sahələrə də təsirsiz ötüşmədi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir