Modern.az

İlham Əliyevin təklifi beynəlxalq aləmdə əsrlər boyu nümunə göstəriləcək 

İlham Əliyevin təklifi beynəlxalq aləmdə əsrlər boyu nümunə göstəriləcək 

Aktual

7 Aprel 2021, 19:53

Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciəti COVUD-19 yeni növ koronovirus pandemiyasına qarşı mübarizədə ölkəmizin oynadığı qlobal rola verilən qiymətin göstəricisi kimi dəyərləndirilməlidir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Azər Kərimli Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında keçirilən tədbirdə yalnız 4 ölkənin dövlət və hökumət başçısının videomüraciətinin yayımlandığını bildirib: “Ümumdünya Sağlamlıq Günü ilə bağlı ÜST-nın mənzil qərargahından beynəlxalq ictimaiyyətə müraciət edən dövlət və hökumət başçılarının sırasında Azərbaycan Prezidentinin yer alması qürurverici olmaqla yanaşı, İlham Əliyevin qlobal təşəbbüslərinin, o cümlədən COVİD-19 pandemiyasına qarşı mübarizədə nümayiş etdirdiyi mövqenin bəşəriyyət üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin göstəricisidir”.

 

Millət vəkili bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub: “Cənab Prezident öz videomüraciətində ölkəmizin təşəbbüsü ilə pandemiyanın elan olunduğu ilk günlərdən həyata keçirilən tədbirlərə diqqət çəkərək, Azərbaycanın öz beynəlxalq məsuliyyətinə daim sadiq qaldığını, humanizm prinsiplərini hər zaman, hətta ən çətin məqamlarda belə prioritet hesab etdiyini xatırlatdı. Həqiqətən də dövlətimiz COVİD-19 pandemiyasına qarşı mübarizədə ərazisinə, əhalisinin sayına, iqtisadi imkanlarına görə özündən dəfələrlə böyük olan dövlətlərdən daha üstün mövqe sərgiləyib, daha ədalətli və daha sağlam dünyanın qurulmasına öz töhfəsini verib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə COVİD-19 pandemiyası ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, ölkəmizin mövqeyinin dünyanın əksər dövlətləri, beynəlxalq hüququn subyekti olan mütləq çoxluq tərəfindən dəstəklənməsi, Prezident İlham Əliyevin peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması kimi insanlıq üçün həyati əhəmiyyət kəsb edən bir məsələni mütəmadi olaraq beynəlxalq gündəmə gətirməsi əsrlər boyu unudulmayacaq və qlobal məsuliyyətin nümunəsi kimi göstəriləcək davranışlardır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir