Modern.az

Peyvəndləmə rəsmən TƏBİB-ə verildi

Peyvəndləmə rəsmən TƏBİB-ə verildi

Aktual

7 Aprel 2021, 20:00

Səhiyyə Nazirliyinin immunoprofilaktikanın həyata keçirilməsi sahəsində səlahiyyəti ləğv olunur. 

 

Modern.az-ın məlumatına görə, bu, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, immunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni TƏBİB təmin edəcək.

 

Qeyd edək ki, yoluxucu xəstəliklərin immunoprofilaktikası profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsidir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI