Modern.az

Tovuzda müəllim və şagirdlər koronavirusa yoluxdu

Tovuzda müəllim və şagirdlər koronavirusa yoluxdu

Aktual

7 Aprel 2021, 21:53

Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanılıb.

 

Modern.az xəbər verir ki, gimnaziyanın 5 müəllimi və 3 şagirdi COVID-19-a yoluxub.

 

Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.

 

Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir (report).

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar