Arxiv
7 Aprel 2021, 22:22 | AKTUAL
Braziliyada koronavirusdan rekord sayda ölüm

Braziliyada koronavirusa bir sutkada 86 979 yeni yoluxma qeydə alınıb, bununla da xəstələnlərin ümumi sayı 13,1 milyonu keçib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Həmçinin 4 195 nəfər həyatını itirib ki, bu da sutka ərzində COVID-19-dan ölümlə bağlı indiyə qədər ölkədə müşahidə olunan ən yüksək rəqəmdir.

 

Qeyd edək ki, əhalisi 210 milyondan artıq olan Braziliya ABŞ-dan sonra pandemiyadan ən çox zərər görən ölkədir. Son günlər koronavirusun ən yoluxucu ştammlarından biri -  P1-in yayılması ilə isə vəziyyət daha da pisləşib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv