Modern.az

Türkiyədə azərbaycanlı şəhidin adına orta məktəb açılacaq

Türkiyədə azərbaycanlı şəhidin adına orta məktəb açılacaq

Aktual

8 Aprel 2021, 01:00

Türkiyənin Balıkesir şəhərində ikinci Qarabağ müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı yeni açılacaq orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Balıkesir valisi Hasan Şıldak Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib.

 

Qeyd edək ki, Məmmədağa Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb. O, ötən il oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub (report).

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu