Modern.az

Azərbaycanda rektorun tədqiqatçı oğlu vəfat etdi

Azərbaycanda rektorun tədqiqatçı oğlu vəfat etdi

8 Aprel 2021, 17:24

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli vəfat edib. 

Modern.az xəbər verir ki, bu barədə mərhumun iş yoldaşları bildiriblət. 

O, F. Ələkbərlinin uzun müddət xəstə yatırmış. 

Tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Beynəlxalq Tibb Tarixi Cəmiyyəti (ISHM) İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri Fərid Ələkbərlinin ölümü onu tanıyanlar üçün gözlənilməz xəbər olub.

Ömrünü əlyazmaların tədqiqinə həsr edən F.Ələkbərli təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da  tanınmış tədqiqatçı alimlərindən biri idi. F

Vatikan Apostol Kitabxanasında və Vatikan arxivlərində uzunmüddətli araşdırmalar aparan ilk azərbaycanlı alim olub. 2011-2013-cü illərdə Vatikana səfərləri müddətində Vatikan arxivlərində Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar etmiş və onların surətlərini Bakıya gətirmişdi.

Qeyd edək ki, F. Ələkbərli bir neçə il əvvəl Vatikanın məxfi arxivlərində Azərbaycanın orta əsr tarixinə aid çox qiymətli məlumatları tapmışdı. 

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun oğludur. 

Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı