Modern.az

Tanınmış rejissor dünyasını dəyişdi

Tanınmış rejissor dünyasını dəyişdi

Allah rəhmət eləsi̇n

8 Aprel 2021, 17:30

Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə rejissorun sənət dostları sosial şəbəkədə bildiriblər. O, ürəktutmasından dünyasını dəyişib.

Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub. Uzun  müddət Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.

Mərhum rejissorun tamaşaları Azərbaycan Televiziyasının  "Qızıl Fondu"nda saxlanılır.

Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü