Modern.az

Tanınmış aparıcı “Space TV”yə QAYITDI - FOTO

Tanınmış aparıcı “Space TV”yə QAYITDI - FOTO

9 Aprel 2021, 14:34

“Space TV” növbəti layihəsini tamaşaçılara təqdim edib.

Modern.az xəbər verir ki, ixtisaslaşmış tibbi platforma “Medical Media”nın və “Space TV”nin təqdim etdiyi “Çox Yaşa” proqramı həftə içi beş gün səhər saat 11.15-də yayımlanır. “Çox Yaşa” maarifləndirici tibbi verilişdir.

Verilişdə müxtəlif ixtisas həkimləri, ölkənin ən yaxşı mütəxxəssisləri hər hansı bir xəstəlik haqda tam ətraflı məlumat verirlər. Üstəlik, akademik tibbi terminlərlə deyil, əksər insanlar üçün tam anlaşılan, sadə dildə. Sağlamlığımızın qeydinə qalmağın nə qədər önəmli olduğunu artıq bir ildən çoxdur ki, pandemiya şəraitində yaşayan dünya əhalisi daha yaxşı dərk edir.

Günümüzdə yalnış diaqnostika, müalicə və həkim seçimi həyati önəm daşıyır. Üstəlik, hər hansı xəstəlik haqda tam anlayışımızın olması üçün xarici dillərdə olan məlumat bazalarından istifadə edirik. Artıq buna ehtiyac yoxdur. Sizin öyrənmək istədiyiniz hər şeyi, biz ən yaxşı həkimlərdən soruşub sizə çatdırırıq. Siz həkimin deyil, həkim sizin qəbulunuza gəlir. Əhalinn tibbi cəhətdən maarifləndirilməsini hədəf seçmişik.

Xatırladaq ki, verilişin aparıcısı bir zamanlar Space TV-də xəbər aparıcısı olan Mehriban Əsgərovadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir