Modern.az

Azərbaycanlı deputat Qırğızıstanda referendumu müşahidə edəcək

Azərbaycanlı deputat Qırğızıstanda referendumu müşahidə edəcək

10 Aprel 2021, 11:39

Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün ölkənin paytaxtı Bişkek şəhərindədir.

 

Deputat Modern.az-a açıqlamasında bildirib ki, dünəndən başlayaraq görüşləri davam etdirir:

"Qırğızıstan MSK sədri Nurzan Şaldabekova ilə görüşümüz oldu. Görüş zamanı iki ölkə arasındakı münasibətlər və əlaqələri müzakirə etdik. Daha sonra Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbaevlə də görüşdük. Faydalı fikir mübadiləsi apardıq. Məlumat üçün bildirim ki,  görüşlər bu gün də davam edəcək"

 

Qeyd edək ki, deputat Vüqar İskəndərov TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək.

Səfər aprelin 14-də başa çatacaq

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi