Modern.az

Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir

Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir

Ölkə

11 Aprel 2021, 10:30

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi -  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H.Hacıyev deyib ki, nümayəndə heyətləri Ağdamda erməni vandalizminin nəticələrini bilavasitə öz gözləri ilə görəcəklər:

 

“Daha sonra Gəncə şəhərinə səfər edəcəyik. Nümayəndə heyətləri Ermənistanın Vətən müharibəsi dövründə Gəncə şərinə ballistik raketlərlə zərbə endirməsi nəticəsində mülki insanların ölümü və dağıntılara səbəb olmuş reallıqları yerində görəcəklər”.

 

Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü