Modern.az

Bu gün Azərbaycanda 23538 doza vaksin vurulub

Bu gün Azərbaycanda 23538 doza vaksin vurulub

Ölkə

11 Aprel 2021, 18:41

Bu gün Azərbaycanda 23538 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bugünkü vaksinasiya zamanı birinci mərhələ peyvənd olunanların sayı 18956 təşkil edib, ikinci mərhələ üzrə isə bu rəqəm 4582 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 milyon 177 min 087 doza vaksin vurulub. Bunlardan  758275-i birinci mərhələ,  418812-si isə ikinci mərhələ vaksinasiyadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir