Hazırda Türkiyədə müalicə alan Milli Məclisin deputatı Vahid Əhmədovun səhhəti normaldır.
Bu barədə Modern.az-a deputat özü bildirib.
Parlamentari hazırda müalicə prosesinin davam etdirildiyini deyib:
“Yaxşıyam, müalicə gedir. Mənə görə narahat olan hər kəsə salamlarımı çatdırın”.
V.Əhmədov müalicə başa çatdıqdan sonra Azərbaycana qayıdacağını deyib.
Qeyd edək ki, V.Əhmədov aprelin 5-də səhhətində yaranmış problemlə bağlı Türkiyəyə gedib.