Modern.az

15 gün ərzində KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna layihə təqdim edilməyib

15 gün ərzində KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna layihə təqdim edilməyib

4 Fevral 2010, 12:25

Prezident yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yanvarın 19-da fərdi jurnalist yazılarının və KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edib. Fondun icraçı direktoru Vüqar Səfərli Modern.az-a bildirib ki, müsabiqəinin elan olunmasından 15 gün ötməsinə baxmayaraq heç bir KİV, jurnalist təşkilatı və jurnalist layihə təqdim etməyib: “Adətən həmişə müsabiqənin vaxtı sona yaxınlaşanda canlanma olur. Yəqin ki, indi layihələrin və yazıların üzərində çalışırlar. Yaxın günlərdə təqdim etməyə başlayarlar”. Layihələrin təqdim edilmə müddəti martın 1-də yekunlaşacaq. V.Səfərli deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 5-də mətbuat konfransı keçirəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir