Modern.az

Rəşad Məcid “yeni media jurnalistləri”nə HİDDƏTLƏNDİ: “Hələ bir durub redaktorlara rişxənd edirlər”

Rəşad Məcid “yeni media jurnalistləri”nə HİDDƏTLƏNDİ: “Hələ bir durub redaktorlara rişxənd edirlər”

12 Aprel 2021, 16:17

“Bu özünü “yeni media”, “peşəkar jurnalist” adlandıran bəzi sayt əməkdaşlarına bir inşa, lap elə, bir imla yazdıran lazımdır ki, görək hələ cümlənin baş-ayağından, dilin qayda-qanunlarından düz-əməlli xəbərləri varmı? Hər fürsətdə özünü gözə soxan, hər yerdə başa keçməyə çalışan bu yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar”.

Modern.az-ın məlumatına görə, bu fikirləri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.

O deyib ki, işğaldan azad olunmuş bölgələrə canfəşanlıqla səfər edən belə “jurnalistlərin” bu barədə hansısa normal bir yazısını , təəssüratını kimsə xatırlamır:

“Hələ bir durub da redaktorlara rişxənd edirlər. Halbuki, təkcə Ağdam səfərindən media rəhbərləri nə qədər səviyyəli yazılar yazdı. Belə yazılardan birini də iddiası yerə-göyə sığmayan o “jurnalistlər” yazıb ortaya çıxaraydılar də. Yoxsa boşuna hay-küy salmaqla, stəkanda firtına yaratmaqla, İP yğımaq xatirinə eşitdiyin hər xəbəri dürüstlüyünü dəqiqləşdirmədən, ala-çiy, başayaq cümlələrlə qoparaq sayta yerləşdirməklə deyil ki…

Ara qarışıb, məzhəb itəndə, xaos yarananda həqiqi dəyərlər də yoxa çıxır.

Amma gedişatını nə qədər ləngitməyə, yolunu dəyişməyə çalışssalar da, Zaman elə Zamandır: yağı yağ, ayranı ayran edən hökmünu bir gün mütləq verir!..”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub