Modern.az

Yoluxma azaldı, sağalma artdı - Bu günün statistikası

Yoluxma azaldı, sağalma artdı - Bu günün statistikası

Hadisə

12 Aprel 2021, 16:31

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151  yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir