Modern.az

Əqli zəifliyi olan azyaşlı qızın cinsi istismarında polisin əli olub? - DİN-dən AÇIQLAMA

Əqli zəifliyi olan azyaşlı qızın cinsi istismarında polisin əli olub? - DİN-dən AÇIQLAMA

12 Aprel 2021, 16:40

“Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq”. 

 

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda 16 yaşlı əqli zəifliyi olan qızın polis əməkdaşının təşkilatçılığı ilə cinsi istimara məruz qalması iddialarına cavab verərkən bildirib.

 

DİN rəsmisi qeyd edib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib:

 

“Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcəkdir. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra halkimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir”.

 

E.Hacıyevin sözlərinə görə, polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir:

 

“Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi