Modern.az

Tahir Mirkişili dövlət satınalmalarında tapılan nöqsanlardan DANIŞDI

Tahir Mirkişili dövlət satınalmalarında tapılan nöqsanlardan DANIŞDI

Parlament

13 Aprel 2021, 12:42

"Palatanın verdiyi təkliflərin hökumətin qərarlarında öz əksini tapması Milli Məclis və hökumət arasında əməkdaşlığın bariz nümunəsidir. Bəzi sahələrdə - məsələn dövlət satınalmalarında, müəyyən edilən nöqsanlar bu sahələrdə daha ciddi tədbirlərin görülməsini zəruri edir. Maliyyə intizamı həmin sahələrdə gücləndirilməlidir". 

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Tahir Mirkişili hesabatda aşkar edilmiş pozuntularla bağlı geniş təhlil aparıldığını söyləyib:

"Hesabatda rast gəlmədiyimiz bələdiyyələrin də fəaliyyətinin audit olunması tərəfimizdən palataya tövsiyə olunub. Palatanın fəaliyyətində istinad edəcəyi yeganə ən güclü mənbə qanunlar və qərarlardır. Dövlət satınalmaları ilə bağlı yeni qanunun hazırlanması artıq bitmək üzrədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi