Arxiv
13 Aprel 2021, 13:56 | QARABAĞ
Kremldən “İsgəndər-M”lə bağlı Əliyev-Putin müzakirəsinə REAKSİYA

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə Şuşaya atılan “İsgəndər-M” raketləri ilə bağlı müzakirə apardığını söyləyib.

 

Modern.az xəbər verir ki, məsələyə Kremldən də reaksiya gəlib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı aparılan müzakirələri təsdiqləyib.

“Qarabağda raket qalıqlarının tapılması mövzusunda Azərbaycan və Rusiya hərbi qurumları sıx dialoq şəraitindədir”-deyə Peskov söyləyib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv