Modern.az

Azərbaycanda COVID-19-dan sağalanların sayı 2 mini ötdü - 34 nəfər öldü

Azərbaycanda COVID-19-dan sağalanların sayı 2 mini ötdü - 34 nəfər öldü

13 Aprel 2021, 16:32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2457  yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 289601 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 253762 nəfər müalicə olunaraq sağalıb, 3978 nəfər vəfat edib, aktiv xəstə sayı 31861 nəfərdir.

 

Ölkədə son sutka ərzində 14254, hazırkı dövrədək isə 3040386 test aparılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi