Arxiv
15 Aprel 2021, 11:32 | ÖLKƏ
Mərkəzi Seçki Komissiyasının səlahiyyəti bitdi

Bu gün Mərkəzi Seçki Komissiyasının indiki tərkibinin səlahiyyət müddəti başa çatır. Qanuna uyğun olaraq, komissiyaya sədr və üzvlər ilk iclasda seçilməlidir. 

Bununla bağlı prosedur qaydalarını Modern.az-a izah edən MSK-nın sabiq üzvü Akif Qurbanov xatırladıb ki, komissiyanın üzvlərinin səlahiyyət müddəti 5 ildir:

“Seçki komissiyalarının tərkibi, yəni Mərkəzi Seçki Komissiyasının üzvləri parlement təmsilçiliyi əsasında formalaşır. Mövcud qanuna görə, Mərkəzi Seçki Komissiyasında 18 üzv var. Bunlardan 6-sı hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülür, 6-sı parlamentdə olan müstəqil deputatları təmsil edir, digər 6 nəfərin isə namizədliyi parlamentdə azlıqda olan partiyalar tərəfindən təklif edilir. Yəni onlar namizədliyini parlamentə təqdim edirlər, parlament təsdiq edir, ondan sonra komissiya üzvləri artıq fəaliyyətə başlayırlar. Nəhayət, komissiya üzvləri öz arasında sədr seçir və sədr Yeni Azərbaycan Partiyasından olmalıdır. Davamında sədrin müavini seçilir. Bir nəfər azlıqda olan partiyaların nümayəndələrindən, bir nəfər isə müstəqillərdən olmaqla iki MSK katibi seçilir”.

 

Aysel Aslan

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv