Modern.az

Diplomatlar peyvənd oluna bilmir? - Xarici İşlər Nazirliyi məsələyə AYDINLIQ GƏTİRDİ

Diplomatlar peyvənd oluna bilmir? - Xarici İşlər Nazirliyi məsələyə AYDINLIQ GƏTİRDİ

Hadisə

15 Aprel 2021, 11:55

Azərbaycanda davam edən COVID-19 əleyhinə vaksinasiya prosesinə xarici ölkələrin səfirliklərinin əməkdaşları da cəlb olunacaqlar.

Bu barədə Modern.az-ın sorğusuna cavabında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Mətbuat katibi qeyd edib ki, Azərbaycan hökuməti ölkəmizdə akkreditə olunan diplomatik nümayəndəlik əməkdaşlarının COVID-19 pandemiyası əleyhinə peyvənd olunması üçün bütün diplomatik korpusa müvafiq müraciət göndərib:

“Bu müraciətə uyğun olaraq diplomatik nümayəndəliklər peyvənd olunub-olunmamaqla bağlı qərarlarını veriblər”.

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə gəlincə isə Leyla Abdullayevanın sözlərinə görə, bəzi ölkələr tərəfindən eyni təcrübədən istifadə olunaraq, diplomatlara peyvənd olunmaq təklifi göndərilib:

“Amma qeyd etmək istərdik ki, xarici ölkələrdə peyvənd olunmayan diplomatlarımızın, əlbəttə Azərbaycana gələrək, burada peyvənd olunmaq imkanları var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi