Arxiv
15 Aprel 2021, 20:55 | QARABAĞ
Sülhməramlılar ermənilər üçün bunu da etdilər - FOTO

“Rusiya sülhməramlıları Dağlıq Qarabağda kənd təsərrüfatı işlərinin təhlükəsizliyini təmin edirlər”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

 

Məlumata görə, Qarabağın erməni sakinləri rusiyalı istehkamçılar tərəfindən partlayıcı maddələrdən təmizlənmiş tarlalarda kənd təsərrüfatı işlərini davam etdirirlər. Belə ki, Rusiya sülhməramlı kontingentinin hərbi heyəti, “sərhəd xəttinin” yaxınlığında yerləşən sahələrdə əkin əməliyyatlarının təhlükəsizliyini təmin edirlər.

 

“Səpin kampaniyası demək olar ki, başa çatır. Bu il sülhməramlılar sayəsində problemsiz bir şəkildə təşkil edildi. Hər iki tərəfin münasibətlərini tənzimləyə bildik, əkin kampaniyasının tərəflərin təmas xəttinin yaxınlığında rahat keçəcəyinə dair razılığa gəldik. Səpin kampaniyası üçün bütün tapşırıqlar yerinə yetirildi, ümid edək ki, payıza qədər bizim sayəmizdə yerli əhali layiqli və yaxşı məhsul alacaq” – deyə Rusiya sülhməramlı kontingenti komandirinin müavini general-mayor Sergey Jmurin bildirib.

 

Qeyd olunub ki, ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənmə hissəsinin hərbi qulluqçuları 1960 hektar ərazini təmizləyib, 25,5 mindən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

 

Turan ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv