Modern.az

Azərbaycan Ordusunun hərbçisi şəhid oldu - FOTO

Azərbaycan Ordusunun hərbçisi şəhid oldu - FOTO

16 Aprel 2021, 11:42

Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

 

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib. 

 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 

Qeyd edək ki, İ.Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekarbrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir