Modern.az

Əməkdar jurnalistə vəzifə verildi

Əməkdar jurnalistə vəzifə verildi

16 Aprel 2021, 14:36

Əməkdar jurnalist, yazıçı Natiq Məmmədli Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri təyin olunub.

Modern.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib. Natiq Məmmədli sosial şəbəkə hesabında bunları qeyd edib: 

 

“25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam”.  

N.Məmmədli 2005-2006  “Gün-səhər” qəzetində Baş redaktorun müavini olub.

2006-2010-cu ildə "Azadlıq" Radiosunun Web qrupun rəhbəri işləyib.

2010-2015-ci illərdə “Kaspi” qəzetinin baş redaktoru olub.

2015-ci ildən "Sputnik-Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun  Milli versiyanın baş redaktoru vəzifəsində çalışıb.


Bir sıra bədii əsərlərin müəllifidir. Tarix üzrə fəlsəfə doktorudur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir