Modern.az

Rusiyalı həkimlər Xocalıda çadır qurdu - FOTO

Rusiyalı həkimlər Xocalıda çadır qurdu - FOTO

Qarabağ

16 Aprel 2021, 23:45

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, Xocalı rayonunun dağlıq hissəsində yerləşən Sərdarkənd kəndində Humanitar Yardım Mərkəzinin əməkdaşları kənd sakinlərinə, qaçqınlara və məcburi köçkünlərə ixtisaslı tibbi yardım göstərmək üçün sahə məntəqəsi yerləşdiriblər.

 

“Bu gün Sardaraşen (Sərdarkənd) dağ kəndinin sakinlərinə humanitar və tibbi yardım edirik. Tibb işçilərini - terapevt, cərrah, oftalmoloqları bura gətirdik. Ən əsası budur ki, səhra stomatoloji bölməsini buraya gətirmişik və müraciət edənlərin hamısına lazımi köməkliyi göstərməyə çalışacağıq” – deyə Rusiya sülhməramlı kontingenti komandirinin müavini, general-mayor Sergey Jmurin bildirib.

 

Məlumata görə, əhalinin qəbulu zamanı xüsusi təyinatlı tibb hissəsinin həkimləri kəndin 50-dən çox sakininə ixtisaslı tibbi yardım göstərib.

  

“Bundan əlavə, Humanitar Yardım Mərkəzinin hərbi qulluqçuları Rusiya ictimai və xeyriyyə təşkilatları tərəfindən Dağlıq Qarabağa bağışlanan 1500 kiloqrama yaxın humanitar yardımın ehtiyacı olanlara verilməsini təşkil etdilər. Rus sülhməramlıları çoxuşaqlı ailələrə, məcburi köçkünlərə və qaçqınlara qida vasitələri, tibbi ləvazimatlar və digər zəruri əşyaları təqdim etdilər”, - deyə Rusiya MN-dən bildirilib.

 

T.ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı