Modern.az

Qarabağda 1543 erməni cəsədi tapılıb

Qarabağda 1543 erməni cəsədi tapılıb

17 Aprel 2021, 18:18

Aprelin 17-də işğaldan azad edilmiş Füzuli rayonu ərazisində aparılan axtarış işləri zamanı daha bir erməni əsgərin cəsədinin qalıqları tapılıb.



Modern.az Ermənistan Kİv-nə istinadən xəbər verir ki, cəsəd əvvəlcə Xankəndiyə aparılıb. Oradan isə şəxsiyyətini müəyyənləşdirmək üçün Ermənistana çatdırılacaq.

 

Beləliklə, döyüş əməliyyatları bitdikdən sonra – 10 noyabr 2020-ci il tarixdən bəri Qarabağın Azərbaycanın nəzarətinə keçən ərazilərində 1543 erməni cəsədi tapılıb və ya Ermənistan tərəfinə verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir