Modern.az

Ukrayna Rusiya diplomatını ölkədən qovur

Ukrayna Rusiya diplomatını ölkədən qovur

Aktual

17 Aprel 2021, 20:50

Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin böyük diplomatını ölkədən göndərir.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bildirib.

 

“Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı aprelin 19-dan etibarən 72 saat ərzində Ukraynanı tərk etməlidir”, - məlumatda deyilir. Qeyd olunur ki, belə bir qərar Rusiyanın Ukraynanın Sankt-Peterburqakı konsulunu göndərmək qərarına cavab olaraq qəbul edilib.

 

“Konsulluq əməkdaşına irəli sürülən ittihamları tamamilə istisna edirik. Rusiya hökumətinin bu cür hərəkətləri 1961-ci il tarixli diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını və 1963-cü il tarixli konsulluq münasibətləri haqqında Vyana Konvensiyasını kobud şəkildə pozur və Rusiyanın Ukrayna ilə münasibətlərin daha da kəskinləşməsi kursunu seçməsini bir daha təsdiq edir”, - Ukrayna XİN-in məlumatında deyilir.

 

Daha əvvəl Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotilo Ukraynanın Sankt-Peterburqdakı konsulunun saxlanılması ilə əlaqədar Rusiya XİN-ə çağırılıb. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FTX) verilən məlumata görə, Ukrayna konsulu Aleksandr Sosonyuk iş başında - Rusiya vətəndaşı ilə görüşdə təhlükəsizlik orqanlarının bazalarında olan qapalı xarakterli məlumat əldə edərkən - saxlanılıb. Bildirilir ki, Sosonyukun fəaliyyəti Rusiyaya qarşı düşmənçilik münasibətindədir və diplomatik işçi statusu ilə bir araya sığmır.

 

Daha sonra Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko Sosonyukun bir neçə saatlıq saxlanıldığını, artıq diplomatik idarəyə qayıtdığını bildirib. İnsidenti Moskva tərəfindən düşmənçilik hərəkətləri adlandıran qurum cavab tədbirlərinin hazırlandığını bəyan edib.

 

FTX-də qeyd ediblər ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq. Diplomatların işlədikləri ölkədə toxunulmazlığı var. Eyni zamanda, Vyana Konvensiyasına görə, qanunun pozulmasına və ya düşmənçilik hərəkətlərinə yol verildikdə hakimiyyət diplomatik işçiləri ölkədə qalma hüququndan məhrum edə bilər.

 

 
 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir