Arxiv
17 Aprel 2021, 23:32 | AKTUAL
Rusiya Praqanı hədələdi

Praqa 18 rusiyalı diplomatın Çexiyadan çıxarılmasının nəticəsində onu nə gözlədiyini bilir.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

“Bu kimi “fokuslardan” sonra nə baş verəcəyi Praqaya yaxşı məlumdur”, - o deyib.

 

Daha əvvəl Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri, həmçinin xarici işlər nazirinin vəzifələrini müvəqqəti icra edən Yan Qamaçek Çexiyanın Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən göndərəcəyini bildirmişdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv