Modern.az

\"Çelsi\" Qvardiolanın komandasını kubokdan məhrum etdi

\

17 Aprel 2021, 23:59

Londonun "Çelsi" komandası İngiltərə Kubokunun 1/2 final matçında "Mançester Siti”yə qalib gəlib.

 

Modern.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb

 

Matçda yeganə qolu Hakim Zieş vurub.

 

Həlledici matçda Tomas Tuxelin rəhbərlik etdiyi komanda "Lester" - "Sautqempton" qarşılaşmasının qalibi ilə oynayacaq.

 

“Çelsi” İngiltərə çempionatının yarış cədvəlində 54 xalla beşinci yerdə qərarlaşıb. Komanda İngiltərə Premyer Liqasının növbəti turunda "Brayton"la oynayacaq. Görüş aprelin 20-də olacaq.

 

"Mançester Siti" 74 xalla İngiltərə Premyer Liqasında birinci yerdədir. Xosep Qvardiolanın yetirmələri növbəti matçda "Aston Villa" ilə qarşılaşacaqlar. Oyun aprelin 21-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir