Modern.az

Makron Putinlə danışıqlar aparacaq

Makron Putinlə danışıqlar aparacaq

18 Aprel 2021, 00:10

Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayının Fransa liderinin Ukrayna prezidenti Volodimir Zelenski ilə aprelin 16-da baş tutmuş danışıqlarının nəticəsinə əsasən rəsmi məlumatında bildirilir.

 

"Fransa Respublikasının prezidenti yaxın vaxtlarda prezident Vladimir Putinlə danışıqlar aparacaq", - bəyanatda deyilir.

 

Ukrayna lideri ilə danışıqlara gəlincə, Fransa prezident administrasiyası bildirib ki, Makron Zelenskini rəsmi Parisin Ukraynanın suverenliyini qorumaq öhdəliyinə, eyni zamanda Parisin bütün sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinə əhəmiyyət verməsinə əmin edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır