Modern.az

Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı

Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı

Aktual

18 Aprel 2021, 00:27

Baltikyanı ölkələrdə elektrik enerjisinin topdansatış qiyməti aşağı düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Litvanın elektrik şirkəti “Elektrum Lietuva” yayıb.

 

Bildirilib ki, Litvada elektrik enerjisinin qiyməti ötən ay ərzində 19 faiz azalaraq bir meqavat/saata görə 48,02 avro, Latviya və Estoniyada isə 26 faiz geriləyərək 43,55 avro təşkil edib.

 

“Elektrum Lietuva” direktoru Martinas Qiqa deyib ki, Baltikyanı ölkələrdə qiymət tendensiyalarını qonşu dövlətlərdəki qiymət dəyişiklikləri və elektrik enerjisi balansı formalaşdırıb. Onun sözlərinə görə, ötən ay Finlandiyadan elektrik enerjisi axını 40 faiz artıb və bu, Latviya və Estoniyada qiymətlərə öz təsirini göstərib.

 

“Digər tərəfdən, İsveç ticarət zonasından (S4) axınlar 38 faiz azalıb, buna görə Litvada elektrik enerjisinin qiyməti digər Baltikyanı ölkələrə nisbətən daha baha olub”, − deyə M.Qiqa əlavə edib (Azərtac).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?