Modern.az

“Barselona” İspaniya kubokunun qalibi oldu

“Barselona” İspaniya kubokunun qalibi oldu

Aktual

18 Aprel 2021, 01:21

İspaniya Kral Kubokunun finalında "Atletik Bilbao" - "Barselona" qarşılaşması baş tutub.

 

Modern.az xəbər verir ki, matç katalonların qələbəsi ilə başa çatıb - 4:0.

 

Oyunda qolları Antuan Qrizman (60 dəq.), Frenk de Yonq (63) və Lionel Messi (68, 72) vurub.

 

Bununla da "Barselona" tarixində 31-ci dəfə İspaniya Kral Kubokunun qalibi olub.

 

Komandanın kapitanı Lionel Messi kuboku başı üzərinə qaldırıb.

Messi həmçinin matçın oyunçusu seçilib.

 

Qeyd edək ki, bu, Kral Kubokunun sayca 119-ci finalı idi.

 

T.ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır