Modern.az

Samuxda “Təmiz hava” aylığı reydi keçirildi

Samuxda “Təmiz hava” aylığı reydi keçirildi

18 Aprel 2021, 09:49

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Modern.az-a verilən məlumata görə bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin
ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin
qarşısını almaqdır.


Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi
əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan
avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və
ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra
istismarına yol verməlidirlər. 

 

Reyd zamanı 15 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır