Modern.az

Lökbatanda vulkan püskürüb

Lökbatanda vulkan püskürüb

4 Fevral 2010, 20:02

Fevralın 4-də Lökbatanda palçıq vulkanı püskürüb. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətinin yaydığı məlumata görə, səhər saat 9:40 radələrindən başlayan və 10 dəqiqə davam edən püskürmə palçıq sıçrayışları və uğultu ilə müşahidə olunub.

Bu, Lökbatan palçıq vulkanının son 200 ildə 23-cü püskürməsidir. Sonuncu dəfə 2001-ci ildə aktivləşmiş bu vulkan püskürmə sayına görə təkcə Azərbaycanda deyil, bütün dünyada birinci yerdədir.

Geologiya İnstitutunun mətbuat xidməti bildirir ki, hazırkı püskürmə heç bir təhlükə doğurmur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?