Modern.az

Prokurorluq Ağdamda minaya düşən şəxslə bağlı məlumat yaydı

Prokurorluq Ağdamda minaya düşən şəxslə bağlı məlumat yaydı

Qarabağ

18 Aprel 2021, 11:38

Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilən ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağdam rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılan araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

 

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu