Modern.az

Əfqanıstanda məscidə silahlı hücum: 8 ölü

Əfqanıstanda məscidə silahlı hücum: 8 ölü

Dünya

18 Aprel 2021, 12:18

Əfqanıstanın Nangarhar əyalətində silahlı hücum nəticəsində səkkiz nəfər ölüb.

 

Modern.az bildirir ki, bu barədə Tolo News yerli hakimiyyət orqanlarına istinadən xəbər verir. Əyalət rəhbərinin sözlərinə görə, hadisə şənbə günü axşam Cəlilabad şəhərində bir məsciddə baş verib.

 

Vilayət qubernatoru bildirib ki, naməlum silahlı şəxslər həmin vaxt namaz qılan bir ailənin üzvlərinə atəş açıblar: 

 

"İlkin məlumata görə, Hacı Əbdül Vahabın beş oğlu və üç qardaşı oğlu şəxsi düşmənçilik üzündən güllələnib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır