Arxiv
18 Aprel 2021, 12:34 | AKTUAL
Xalq Artisti Eldar Quliyevlə vida mərasimi keçirilir

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

 

Modern.az-ın məlumatına görə, mərasim “Təzə Pir” məscidində təşkil olunub.

 

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

 

Vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv