Arxiv
18 Aprel 2021, 13:51 | MEDİA
Xarici ölkələrdəki azərbaycanlı jurnalistlər bir araya gəldi

Xarici ölkələrdəki və Azərbaycandakı azərbaycanlı jurnalistlər onlayn toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, onlayn görüşdə ABŞ, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Almaniya, Yaponiya, Misir, Türkiyə, Gürcüstan, Norveç, İsveç, Fransa, İndoneziya və digər ölkələrdən olan jurnalistlər iştirak edib.

 

Bu barədə toplantının təşkilatçısı, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı öz feysbuk səhifəsində yazıb.

 

“Dünən xaricdəki azərbaycanlı jurnalistlərlə çox səmərəli onlayn müzakirələr apardıq. Üç saat yarım sürən müzakirələrdə jurnalistlər fikir və təcrübələrini bölüşdülər, Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində görəcəyimiz işlərlə bağlı yaşadıqları coğrafiyanın imkan və məhdudiyyətlərini bizə çatdırdılar.

 

Görüşdə fərqli fikirlərin səsləndirilməsi təbii idi. Hədəf isə eyni: Hamı Xocalıya Ədalət üçün əlindən gələni etməyə hazırdır və edir. Gücümüz bir yerdə daha yaxşı nəticələr verəcək.

 

Zaman ayırıb müzakirələrə qoşulan hər kəsə, vaxt məhdudiyyətindən qoşula bilməyən hər kəsə, ümumən bütün soydaşlarımıza dərin təşəkkürümüzü bildiririk.

 

Biz hələ çox görüşəcəyik”.

 

Toplantıda Bakı Dövlət Universitetinin professoru, jurnalist Qulu Məhərrəmli çıxış edib. Qərara alınıb ki, növbəti toplantıya qədər hər kəs yeni təkliflər hazırlasın. 

 

Qeyd edək ki, tədbir dünən Bakı vaxtı ilə 18:00-da keçirilib və 3,5 saat davam edib.

 

Mehri Qurban

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv