Modern.az

Ukrayna Kiyevdən rus səfiri qovur

Ukrayna Kiyevdən rus səfiri qovur

Dünya

18 Aprel 2021, 14:51

Ukrayna Rusiyanın Kiyev səfirliyinin baş diplomatını ölkədən qovur.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. "Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı 19 apreldən başlayaraq 72 saat ərzində Ukraynanı tərk etməlidir", - deyə XİN-dən verilən açıqlamada bildirilib.

 

XİN belə bir addımın atılmasına səbəb kimi Rusiyanın Sankt-Peterburqdakı Ukrayna konsulunu xaricetmə qərarını göstərib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir