Modern.az

Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı

Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı

18 Aprel 2021, 16:09

Papa Fransisk Müqəddəs Pyotr Meydanında etdiyi çıxışda Ukraynanın şərqindəki hərbi aktivliyin artmasından narahat olduğunu bildirib.

 

Modern.az-ın TASS agentliyinə istinadən məlumatına görə, o, gərginliyin azaldılmasını istəyib və barışıq üçün dua edib:

 

“Kədərli şeylərdən danışacam. Son aylarda Ukraynanın şərqində atəşkəs rejiminin pozulduğunu və bəzi bölgələrdə baş verən hadisələri narahatlıqla izləyirəm. Hərbi fəaliyyətin gücləndiyini görürəm.

 

 

Xahiş edirəm, gərginliyi azaldın və barışmaq üçün mümkün olan hər şeyi edin”.

 

Papa Fransisk çətin humanitar vəziyyəti də xüsusilə vurğulayıb: “Xalqa mənəvi yaxınlığımı bildirirəm və dua etməyinizi xahiş edirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu