Arxiv
18 Aprel 2021, 17:00 | AKTUAL
Ombudsman autizmli şəxslərə dövlət qayğısı haqqında danışdı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilən 3-cü “Fərqli Fərdlər” Konqresində açılış nitqi ilə çıxış edib.

 

Ombudsman Aparatından Modern.az-a daxil olan məlumata görə,  17-18 aprel tarixlərində onlayn formatda keçirilmiş tədbirin məqsədi ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində dinamik və inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləməkdən ibarət olub.

 

Ombudsman Səbinə Əliyeva Azərbaycanda əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasının daim dövlətin diqqət mərkəzində olduğunu, zəruri tədbirlərin həyata keçirildiyini bildirib.  Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərən reabilitasiya mərkəzləri yaradılır. Ombudsman gələcəkdə autizmli uşaqların kompleks şəkildə reabilitasiya proseslərinə cəlb olunması məqsədilə Bakıda bu mərkəzlərin sayının artırılması və ən qısa zamanda regionlarda da yaradılmasının əhəmiyyətinə toxunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv