Modern.az

Qazaxda minik maşını aşdı - xəsarət alanlar var  

Qazaxda minik maşını aşdı - xəsarət alanlar var  

18 Aprel 2021, 18:08

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə hadisə rayonun Şıxlı kəndində qeydə  alınıb.

 

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarə etməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb.

 

Qəza zamanı 2002-ci il təvəllüdlü Qasımzadə Elcan Nadir oğlu və 2003-cü il təvəllüdlü Məmmədov Ruzi Şükür oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir