Arxiv
18 Aprel 2021, 21:42 | AKTUAL
İki paraatletimiz İtaliyada qızıl medal qazandı

İtaliyanın Cesolo şəhərində keçirilən “2021 World Para Athletics Grand Prix” yarışında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə iki idmançısı uzunluğa tullanma növündə qızıl medal qazanıb.

 

Modern.az Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki,  T12 kateqoriyasında iştirak edən Kamil Əliyev uzunluğa tullanma növündə 6.98 m, T13 kateqoriyasında iştirak edən Orxan Aslanov isə uzunluğa tullanma növündə 6.78 m nəticə göstərərək qızıl medal qazanıblar.

 

Qeyd edək ki, Kamil Əliyev Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyasını artıq təmin edib, Orxan Aslanov isə lisenziya qazanmaq şansını artırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv