Modern.az

ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ

ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ

Dünya

18 Aprel 2021, 22:08

ABŞ tərəfi hesab edir ki, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının həbsxanada başına gələcəyi hadisələrə görə məsuliyyəti rəsmi Moskva daşıyır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bəyan edib.

 

“Navalnı təcridxanada öləcəyi təqdirdə Rusiya beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyacaq. Görə biləcəyimiz konkret tədbirlər barədə demək istəyirəm ki, müxtəlif yolları nəzərdən keçiririk, hazırki mərhələdə bunlar barədə açıq danışmayacağam, ancaq Navalnının öləcəyi təqdirdə nəticələrin olacağını bildirdik”-deyə, o bildirib.

 

Qeyd edək ki, sabah da Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri Aleksey Navalnı ətrafında vəziyyəti müzakirə edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir