Arxiv
19 Aprel 2021, 09:39 | ÖLKƏ
Ağsaqqallar Şurasını Ramiz Mehdiyev yönəldir? - Sədrdən iddialara CAVAB

Azərbaycan Ağsaqqallar Şurasının Ramiz Mehdiyevə aid olduğu, bu qurumu onun yönəltdiyi barədə sosial şəbəkələrdə iddialar tez-tez yer alır.

Ağsaqqallar Şurasının sədri Eldar Quliyev isə Modern.az-a açıqlamasında bu iddianın tamamilə yanlış, həqiqətə uyğun olmadığını bildirib.

O, xatırladıb ki, qurumun əvvəlki rəhbərləri İmam Mustafayev, Budaq Budaqov, Fəttah Heydərov kimi şəxslər olub.

“Burda hər zaman sayılıb-seçilən insanlar olub. Bu şuranın Ramiz Mehdiyevlə heç bir bağlılığı, əlaqəsi olmayıb. Bu, müstəqil təşkilatdır. Və biz bacardığımız qədər xalqımıza xidmət edirik. Bir çox şəhər və rayonlarda bizim görüşlərimiz təşkil olunur. Dövlət səviyyəsində bizə hər zaman dəstək göstərilir. Deyə bilərəm ki, Ağsaqqallar Şurasına çox böyük maraq var. Rayonlarda nüfuzlu yaşlı insanlar Şuraya qoşulurlar. Pandemiya mane olmasaydı, bu istiqamətdə daha böyük işlər görülərdi. Bizim işimiz xalqa xidmət, təcrübələrin bölüşdürülməsi, uzun illərdən dövrümüzə qədər gələn adət-ənənələri qoruyub saxlamaqdır”.

Pərvin ARZUQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv